Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
-1769424623.jpeg)
26 Yanvar – Ekoloji Təhsil Günü münasibətilə Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbdə şagirdlərlə görüş təşkil olunub.
Görüşdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları “Ekoloji təhsilin mahiyyəti” mövzusunda təqdimatla çıxış ediblər. Təqdimat zamanı şagirdlərə ekoloji təhsilin məqsədi və əhəmiyyəti, ətraf mühitin mühafizəsində ekoloji biliklərin rolu, təbiətə məsuliyyətli münasibəti formalaşdırılmasının vacibliyi barədə ətraflı məlumat verilib.
Eyni zamanda gündəlik həyatda ekoloji davranış qaydalarına əməl olunmasının, təbii resurslardan səmərəli istifadənin və ekoloji düşüncənin erkən yaşlardan aşılanmasının əhəmiyyəti xüsusi vurğulanıb.
Sonda şagirdlərin sualları cavablandırılıb, ekoloji təhsilin əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.