Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

27 sentyabr – Anım Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağacəkmə aksiyası təşkil olunub. Aksiya Naxçıvan–Çalxanqala avtomobil yolunun sağ kənarında keçirilib.
Tədbirdə nazirliyin rəhbər şəxsləri və əməkdaşları iştirak ediblər. Aksiya çərçivəsində 1 hektar sahədə 400 ədəd dibçəkdə tut tingi əkilib.