Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

Şagirdlərlə görüş “Ekoloji hüquq” mövzusuna həsr edilib. Tədbir zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları şagirdlərə ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericilik, vətəndaşların hüquq və öhdəlikləri barədə məlumat veriblər. Bildirilib ki, hər kəsin sağlam mühitdə yaşamaq hüququ var və bu hüququn qorunması üçün hər bir fərd məsuliyyət daşıyır.
Vurğulanıb ki, ətraf mühitə dair qaydalara riayət olunması yalnız təbiətin mühafizəsinə deyil, həm də insanların daha sağlam və təhlükəsiz şəraitdə yaşamasına xidmət edir. Şagirdlərə izah edilib ki, gündəlik davranışlarda ekoloji məsuliyyət nümayiş etdirmək, resurslardan qənaətlə istifadə etmək və təbiətə zərər verən hallardan uzaq durmaq mühüm əhəmiyyət daşıyır.Bu vərdişlərin uşaqlıqdan aşılanması gələcəkdə ətraf mühitə daha diqqətli və məsuliyyətli yanaşan cəmiyyətin formalaşmasına kömək edir.