Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

Culfa rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız” devizi altında ekoloji bilik yarışı keçirilib.
Yarışda Culfa rayon ümumtəhsil müəssisələrini təmsil edən 8 komanda mübarizə aparıb. Culfa rayon Camaldın tam orta məktəbinin “Təbiət keşikçiləri” komandası ən yüksək nəticəni göstərərək 1-ci yerin qalibi olub və yarışın Əsasnaməsinə uyğun olaraq "Final" mərhələsinə adlayıb.
Qeyd edək ki, Naxçıvan şəhəri və rayonlar üzrə keçirilən yarışlarda qalib olan komandalar yekunda Naxçıvan Muxtar Respublikası üzrə "Final" mərhələsində biliklərini sınayacaqlar.