Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

23 sentyabr 2025-ci il tarixdə keçirilən monitorinq çərçivəsində atmosfer havasının keyfiyyət göstəriciləri, radioaktiv fon səviyyəsi, ətraf mühitə zərərli fiziki təsirlər, elektromaqnit şüalanma, səs-küy, eyni zamanda vibrasiya təsirləri üzrə ölçmə və müşahidələr aparılıb. Monitorinq Kəngərli rayonunun 4 fərqli ərazisində keçirilib. Kəngərli rayon Bayraq Meydanı, Qıvraq qəsəbəsi, Qarabağlar türbəsi və Şahtaxtı kəndi ərazisində aparılan monitorinqin nəticəsinə əsasən göstəricilər norma daxilində olub.
Keçirilən monitorinqlərin məqsədi ətraf mühitin mövcud vəziyyətinin öyrənilməsi, təbii amillərin və antropogen təsirlərin ekoloji tarazlığa olan mümkün təsirlərinin müəyyənləşdirilməsidir.
Qeyd edək ki, Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında mütəmadi aparılan ekoloji monitorinqlər regionda ekoloji təhlükəsizliyin təmin olunması, ətraf mühitin sağlamlaşdırılması istiqamətində mühüm əhəmiyyət daşıyır.