Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Ekologiya və Təbii Sərvətlər naziri Culfa rayonunda vətəndaşları qəbul edib

Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev aprelin 9-da Culfa rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl nazir Xanlar Mustafayev və Culfa Rayon İcra Hakimiyyətinin başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə tər güllər qoyublar.

Culfa Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbulda Nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri də iştirak ediblər.

Qəbul zamanı vətəndaşların işlə təminolunma və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Müraciətlərin bir qismi yerindəcə həll olunub, digərlərinin isə qanunvericiliyə uyğun baxılması və üçün aidiyyəti üzrə tapşırıqlar verilib.