Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

Şahbuz şəhər icra nümayəndəliyində ekoloji-hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi, eyni zamanda Şahbuz Rayon İcra Hakimiyyətinin və Şahbuz Rayon Prokurorluğunun əməkdaşı çıxış edərək ətraf mühitin qorunması istiqamətində ictimaiyyətin maarifləndirilməsinin məqsədlərindən, təbiətə mənfi təsir halları ilə mübarizədə vətəndaş həmrəyliyinin vacibliyindən danışıblar.
İctimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə mövzu ətrafında fikir mübadiləsi aparıb və onları maraqlandıran suallar cavablandırılıb.