Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Maarifləndirici görüşə Hacıvarla yanaşı, Şəkərabad, Yarımca və Naxışnərgiz kənd tam orta məktəblərinin şagirdləri də qoşulub.
Nazirliyin əməkdaşları “Yaşıllaşdırmanın əhəmiyyəti” mövzusunda təqdimatla çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, yaşıllıq sahələrinin genişləndirilməsi ekoloji tarazlığın qorunmasına, iqlim dəyişikliklərinin mənfi təsirlərinin azaldılmasına və insanların daha sağlam mühitdə yaşamasına mühüm töhfə verir. Qeyd olunub ki, ağacəkmə və yaşıllaşdırma tədbirləri torpaq eroziyasının qarşısının alınmasında, atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılmasında və biomüxtəlifliyin mühafizəsində xüsusi əhəmiyyət daşıyır.
Şagirdlərə ətraf mühitin qorunması istiqamətində hər bir vətəndaşın, xüsusilə də gənc nəslin məsuliyyəti barədə ətraflı məlumat verilib, yaşıllıqlara qayğı ilə yanaşmağın vacibliyi diqqətə çatdırılıb 🌱
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılıb.