Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

"Ekoloji təhsil” layihəsi çərçivəsində Naxçıvan şəhərində keçirilən növbəti maarifləndirici görüş Ümummilli Lider Heydər Əliyevin Anım Gününə həsr olunub

12-dekabr Ümummilli Lider Heydər Əliyevin Anım Gününə həsr olunan “Ekoloji təhsil” layihəsi çərçivəsində növbəti maarifləndirici görüş Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə təşkil olunub. Görüş zamanı şagirdlərdə ekoloji dünyagörüşün formalaşdırılması, onların təbiətə münasibətinin gücləndirilməsi, müasir ekoloji yanaşmalar və ətraf mühitin qorunmasına dair yeni istiqamətlər barədə məlumatlandırılması məqsədilə Nazirliyin əməkdaşı təqdimatla çıxış edib.

Təqdimat zamanı şagirdlərə Sosial Ekologiya və Ekoloji təhsilin ümumi prinsipləri haqqında ətraflı məlumat verilib. Eyni zamanda insan və təbiət münasibətləri, ekoloji maariflənmənin cəmiyyət üçün əhəmiyyəti və resurslardan məsuliyyətli istifadənin vacibliyi kimi mövzular izah olunub.

Sonda şagirdlərin sualları cavablandırılıb və həmçinin vurğulanıb ki, ekoloji biliklərə dərindən yiyələnmək və onları gündəlik davranışlarda tətbiq etmək sağlam ətraf mühitin qorunması üçün əsas şərtlərdən biridir.