Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

"Ekoloji təhsil" layihəsi çərçivəsində növbəti görüş Culfa rayon Saltaq kənd tam orta məktəbinin şagirdləri üçün təşkil olunub

Görüş “Su ehtiyatlarının mühafizəsi” mövzusuna həsr edilib. Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə yanaşı, Nazirlikdə istehsalat təcrübəsi keçən tələbələr də iştirak edərək şagirdlərlə fikir mübadiləsi aparıblar.

Görüş zamanı suyun həyatın bütün sahələrində mühüm rol oynadığı vurğulanıb, onun qorunmasının hər kəsin gündəlik davranışından asılı olduğu bildirilib. Su mənbələrinin qorunması, çirklənmənin qarşısının alınması və mövcud ehtiyatlardan səmərəli istifadə ilə bağlı şagirdlərə məlumat verilib.

Həmçinin məişətdə suya qənaət, su itkilərinin azaldılması və ekoloji məsuliyyətin artırılması istiqamətində praktik tövsiyələr diqqətə çatdırılıb. Təcrübəçi tələbələr də mövzu ilə bağlı bilik və təcrübələrini şagirdlərlə bölüşüblər.

Sonda şagirdlərin sualları cavablandırılıb, mövzu ətrafında qarşılıqlı müzakirə aparılıb.