Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Ekoloji təhsil layihəsi çərçivəsində növbəti görüş Naxçıvan Qızlar Liseyində keçirilib

Görüş “Ekoloji təhsilin əhəmiyyəti” mövzusuna həsr olunub. Şagirdlərə ətraf mühitin qorunmasının vacibliyi sadə və anlaşıqlı şəkildə izah edilib. Bildirilib ki, ətraf mühiti qorumaq hər bir insanın borcudur və bu məsuliyyət məktəb yaşlarından başlayır. Təbiəti qorumaq, suya və enerjiyə qənaət etmək, tullantıları düzgün idarə etmək kimi sadə addımlar gələcəyimiz üçün böyük əhəmiyyət daşıyır.

Şagirdlərə yaşıllıqların qorunması, ağacəkmənin əhəmiyyəti, havanın təmiz saxlanmasının insan sağlamlığına təsiri barədə məlumatlar verilib, qobal istiləşmə və iqlim dəyişiklikləri sadə nümunələrlə izah olunub. Qeyd olunub ki, dünyada da ətraf mühitin mühafizəsi istiqamətində mühüm addımlar atılır. Beynəlxalq qurumlar iqlim dəyişikliklərinə qarşı mübarizə aparır, ölkələr alternativ enerji mənbələrindən istifadəni genişləndirir və tullantıların təkrar emalını təşviq edirlər.

Daha sonra şagirdlərin sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Maarifləndirici hissədən sonra şagirdlər praktik fəaliyyətə qoşulublar. Onlar dibçəklərə gül əkərək yaşıllıqlara qayğının vacibliyini əyani şəkildə öyrəniblər.