Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

“Ekoloji təhsil” layihəsi çərçivəsində növbəti maarifləndirici görüş Ordubad rayonunda keçirilib

“Ekoloji təhsil” layihəsi çərçivəsində növbəti maarifləndirici görüş Ordubad rayonunun Düylün kənd tam orta məktəbində təşkil olunub. Görüşdə Düylün, Çənnəb və Üstüpü kənd tam orta məktəblərinin şagirdləri iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Elsanə Qurbanlı və Dövlət Ekoloji Ekspertiza Agentliyinin əməkdaşı Əlövsət Hüseynquliyev “Su həyat mənbəyidir-suyun insan həyatında rolu” mövzusunda təqdimatla çıxış ediblər.
Görüş zamanı şagirdlərə su ehtiyatlarının qorunmasının əhəmiyyəti, ekoloji və sosial problemlərə səbəb olan su israfının azaldılması yolları, həmçinin içməli suyun təmiz saxlanmasının insan sağlamlığı üçün vacibliyi barədə ətraflı məlumat verilib.
Sonda şagirdlərin mövzu ətrafındakı fikirləri dinlənilib, sualları cavablandırılıb.