Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

“Ekoloji təhsil” layihəsi çərçivəsində növbəti maarifləndirici görüş Şahbuz rayonunda keçirilib

“Ekoloji təhsil” layihəsi çərçivəsində növbəti maarifləndirici görüş Şahbuz rayonunun Keçili kənd tam orta məktəbində təşkil olunub. Görüşdə Keçili, Külüs və Şahbuzkənd kənd tam orta məktəblərinin şagirdləri iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Elsanə Qurbanlı və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşı Natiq Mehdizadə “Ətraf mühitə antropogen təsirin nəticələri” mövzusunda təqdimatla çıxış ediblər.
Görüş zamanı şagirdlərə ətraf mühitin çirklənməsi və ekosistemin zəifləməsinin qarşısının alınması, ekoloji tarazlığın qorunması üçün təbiətdən düzgün və məsuliyyətli istifadə edilməsi, bərpa olunan enerji mənbələrinin artırılması və tullantıların azaldılması barədə ətraflı məlumat verilib.
Sonda şagirdlərin mövzu ətrafındakı fikirləri dinlənilib, sualları cavablandırılıb.