Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

“Ekoloji təhsil” layihəsi çərçivəsində növbəti maarifləndirici görüş Sədərək rayonunda keçirilib

“Ekoloji təhsil” layihəsi çərçivəsində növbəti maarifləndirici görüş Sədərək rayonunun Dəmirçi kənd tam orta məktəbində təşkil olunub. 
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  əməkdaşı Adil Qurbanov və Elsanə Qurbanlı  “Ekoloji amillər  və ətraf mühit” mövzusunda təqdimatla çıxış ediblər.
Görüş zamanı şagirdlərə ekoloji amillərin canlıların həyatına təsiri, ətraf mühitin mühafizəsinin vacibliyi, həmçinin ekoloji tarazlığın qorunması üçün görülməli tədbirlər barədə ətraflı məlumat verilib.
Sonda şagirdlərin mövzu ətrafındakı fikirləri dinlənilib,  sualları cavablandırılıb.