Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

“Ekoloji təhsil” layihəsi çərçivəsində növbəti maarifləndirici təlim Babək rayonu Şıxmahmud kənd tam orta məktəbində təşkil olunub. Təlimdə şagirdlərin ekoloji biliklərinin artırılması və təbii sərvətlərə məsuliyyətli yanaşmanın aşılanması məqsədilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları təqdimatla çıxış ediblər.
Nazirlik əməkdaşları Naxçıvan Muxtar Respublikası ərazisində çayların ekoloji vəziyyəti, su ehtiyatlarının qorunması və çirklənmə riskləri barədə şagirdləri məlumatlandırıblar. Eyni zamanda şagirdlərə çay ekosistemlərinin əhəmiyyəti, onların fauna və floraya təsiri, antropogen təsirlərin nəticələri və su ehtiyatlarından səmərəli istifadə prinsipləri izah olunub.
Sonda şagirdlərin sualları cavablandırılıb, su hövzələrinin mühafizəsində fərdi davranışların rolu və ətraf mühitə qarşı diqqətli yanaşmanın vacibliyi xüsusi vurğulanıb.