Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

“Ekoloji təhsil” layihəsi çərçivəsində növbəti  təlim Ordubad rayonunda keçirilib

“Ekoloji təhsil” layihəsi çərçivəsində növbəti maarifləndirici təlim Ordubad rayonunun Vənənd kənd tam orta məktəbində təşkil olunub. Təlimdə Dəstə, Vənənd və Xanağa kənd tam orta məktəblərinin şagirdləri iştirak ediblər. 
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları “İqlim dəyişikliyinə qarşı mübarizədə  yaşılaşdırma” mövzusunda təqdimatla çıxış ediblər.
Sonda şagirdlərlə iqlim dəyişikliyinin canlı aləmə təsiri, qlobal istiləşmənin nəticələri və bununla mübarizədə fərdi davranışların rolu barədə fikir mübadiləsi aparılıb. Onların mövzu ilə bağlı sualları cavablandırılıb, iqlim dəyişikliyinə qarşı mübarizədə hər kəsin töhfəsinin vacibliyi xüsusi olaraq diqqətə çatdırılıb.