Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

“Ekoloji təhsil” layihəsi çərçivəsində növbəti təlim Şərur rayon Zeyvə kənd tam orta məktəbində təşkil olunub. Təlimdə Zeyvə, Cəlilkənd və Oğlanqala kənd tam orta məktəblərinin şagirdləri iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları “Rekreasiyanın təbii mühitə təsiri” mövzusunda təqdimatla çıxış ediblər.
Təqdimat zamanı şagirdlərə rekreasiya fəaliyyətlərinin ətraf mühitə mümkün təsirləri, təbii resurslardan səmərəli istifadə, ekoloji tarazlığın qorunmasının əhəmiyyəti barədə ətraflı məlumat verilib, onlara təbiətin mühafizəsi, ekoloji davranış qaydaları və gündəlik həyatda ekoloji məsuliyyətin artırılmasının vacibliyi izah olunub.
İnteraktiv şəkildə keçən təlimin sonunda iştirakçıların sualları cavablandırılıb, eyni zamanda mövzu ətrafında müzakirələr aparılıb.