Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Ekoloji təhsil layihəsi Şərur rayonu Həmzəli kənd tam orta məktəbində təşkil olunub

Layihə çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları şagirdlər qarşısında çıxış edərək alternativ enerji mənbələri, qlobal istiləşmə və iqlim dəyişiklikləri mövzularından danışıblar. Günəş və külək enerjisinin üstünlükləri, bu sahədə dünyada və ölkəmizdə mövcud təcrübə, eləcə də Naxçıvan Muxtar Respublikasında alternativ enerji mənbələrinin yaratdığı imkanlar barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, muxtar respublikanın coğrafi və iqlim şəraiti günəş enerjisindən səmərəli istifadə üçün əlverişli imkanlar yaradır və bu sahənin inkişafı həm ətraf mühitin qorunmasına, həm də dayanıqlı enerji təminatına töhfə verir.

Qeyd edək ki, layihənin əsas məqsədi şagirdlərdə ekoloji biliklərin artırılması, enerjidən səmərəli istifadə vərdişlərinin formalaşdırılması və qlobal iqlim problemlərinə qarşı məsuliyyətli yanaşmanın təşviqi olub.

Sonda şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb.