Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
-1771217912.jpg)
Keçirilən monitorinqlər çərçivəsində atmosfer havasının keyfiyyət göstəriciləri, radioaktiv fon səviyyəsi, ətraf mühitə zərərli fiziki təsirlər, elektromaqnit şüalanma, səs-küy, eyni zamanda vibrasiya təsirləri üzrə ölçmə və müşahidələr aparılıb. Monitorinqlər muxtar respublikanın Kəngərli, Şərur və Sədərək rayonlarının ərazisində keçirilib. Aparılan monitorinqlərin nəticələrinə əsasən göstəricilər norma daxilində olub.
Monitorinqlərin keçirilməsinin məqsədi ətraf mühitin mövcud vəziyyətinin öyrənilməsi, təbii amillərin və antropogen təsirlərin ekoloji tarazlığa mümkün təsirlərinin müəyyənləşdirilməsidir.