Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

Dekabrın 6-da Naxçıvan Muxtar Respublikasında Ali Məhkəmənin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Aksiya Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilati dəstəyi ilə gerçəkləşib.

Aksiyada Ali Məhkəmənin əməkdaşları ilə yanaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da iştirak ediblər. Naxçıvan-Duzdağ avtomobil yolunun sol kənarında əvvəlcədən müəyyən edilmiş 1 hektarlıq sahədə 450 ədəd badam tingi əkilib və onlara ilkin aqrotexniki qulluq göstərilib.