Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
-1772512643.jpg)
Tədbiri giriş sözü ilə aparat rəhbəri Şövqi Əliyev açaraq Nazirliyin fəaliyyətində şəffaflığın təmin edilməsində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın əhəmiyyəti barədə məlumat verib. O bildirib ki, korrupsiyaya qarşı mübarizə hər bir dövlət qulluqçusunun vəzifə borcudur və bu istiqamətdə davamlı maarifləndirmə tədbirlərinin keçirilməsi xüsusi önəm daşıyır.
Tədbirdə həmçinin etik müvəkkil, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Azər Məmmədov və Hüquq, insan resursları və sənədlərlə iş şöbəsinin müdiri Sevinc Səmədova mövzu ətrafında çıxışlar edərək dövlət qulluğunda etik prinsiplərə riayət olunmasının, maraqlar toqquşmasının qarşısının alınmasının və hüquqi biliklərin artırılmasının korrupsiyaya qarşı mübarizədə mühüm rol oynadığını vurğulayıblar.
Sonda qeyd olunub ki, tədbirin əsas məqsədi Nazirliyin əməkdaşları arasında etik davranış mədəniyyətinin gücləndirilməsi, korrupsiyaya qarşı hüquqi maarifləndirmənin artırılması və bu sahədə vahid yanaşmanın formalaşdırılmasıdır.