Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
-1762932315.jpg)
İclasda Nazirliyin rəhbərliyi və Komissiyanın üzvləri, eyni zamanda onlayn formatda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin REİS üzrə məsul şəxsləri iştirak ediblər. Sistemin tətbiqinə dair müzakirələr edilib və məsul şəxslər tərəfindən izahlar verilib. Müzakirələr zamanı sistemin tətbiqi, məlumatların daxil edilməsi və struktur bölmələrinin prosesə inteqrasiyası ilə bağlı məlumatlar təqdim olunub.
Bildirilib ki, Nazirlik üzrə 7 alt sistemə qoşulma həyata keçirilib və digər modullar üzrə işlər planlı şəkildə davam etdirilir. İclasda məlumatların vaxtında və düzgün şəkildə sistemə daxil edilməsi, eləcə də aylıq hesabatlılığın təmin olunması ilə bağlı tapşırıqlar verilib.