Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev dekabrın 4-də Şərur rayonunda vətəndaşları qəbul edib.
Əvvəlcə nazir Xanlar Mustafayev və Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucalan abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər.
Şərur Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbulda Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərləri də iştirak ediblər.
Qəbul zamanı vətəndaşların işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətləri dinlənilib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinə isə qanunvericiliyin tələbləri çərçivəsində baxılması üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib