Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

Əvvəlcə nazir Xanlar Mustafayev və Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucalan abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər.
Kəngərli Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbulda Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərləri də iştirak ediblər.
Qəbul zamanı vətəndaşların işlə təminolunma və digər məsələlərlə bağlı müraciətləri dinlənilib. Müraciətlərin bəziləri yerindəcə həllini tapıb, digərlərinə qanunvericiliyin tələbləri çərçivəsində baxılması üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.