Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
-1762931257.jpg)
Keçirilən monitorinqlər çərçivəsində atmosfer havasının keyfiyyət göstəriciləri, radioaktiv fon səviyyəsi, ətraf mühitə zərərli fiziki təsirlər, elektromaqnit şüalanma, səs-küy, eyni zamanda vibrasiya təsirləri üzrə ölçmə və müşahidələr aparılıb. Monitorinqlər Naxçıvan Muxtar Respublikasının Culfa, Ordubad, Kəngərli, Şərur, Sədərək və Şahbuz rayonları ərazisində keçirilib. Aparılan monitorinqlərin nəticəsinə əsasən göstəricilər norma daxilində olub.
Monitorinqlərin keçirilməsinin məqsədi ətraf mühitin mövcud vəziyyətinin öyrənilməsi, təbii amillərin və antropogen təsirlərin ekoloji tarazlığa olan mümkün təsirlərinin müəyyənləşdirilməsidir.