Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

02 fevral - Ümumdünya Su-Bataqlıq Əraziləri Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Arazboyu Dövlət Təbiət Yasaqlığının ərazisində tədbir təşkil olunub.
Tədbirdə Nazirliyin və Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının əməkdaşları iştirak ediblər.
Tədbir çərçivəsində yasaqlıq ərazisində mövcud olan quş növlərinin növ müxtəlifliyinin müəyyənləşdirilməsi, onların say dinamikasının müşahidəsi və yaşayış mühitlərinin qiymətləndirilməsi istiqamətində geniş müşahidələr aparılıb. Əməkdaşlar tərəfindən quşların miqrasiya marşrutları, qidalanma və yuvalama sahələri ilə bağlı məlumatlar toplanıb, mövcud növlərin inventarlaşdırılması işləri icra olunub.
Keçirilən tədbirin məqsədi su-bataqlıq ərazilərinin ekoloji əhəmiyyətinə diqqətin artırılması və biomüxtəlifliyin qorunmasına töhfə verməkdir.