Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

Ordubad rayon Texniki-Peşə və Sürücülük Məktəbində “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız” devizi altında ekoloji bilik yarışı keçirilib.
Yarışda Ordubad rayon ümumtəhsil müəssisələrini təmsil edən 8 komanda mübarizə aparıb. Ordubad şəhər 3 nömrəli tam orta məktəbin “Uğur” komandası ən yüksək nəticəni göstərərək 1-ci yerin qalibi olub və yarışın Əsasnaməsinə uyğun olaraq "Final" mərhələsinə adlayıb.
Qeyd edək ki, Naxçıvan şəhəri və rayonlar üzrə keçirilən yarışlarda qalib olan komandalar yekunda Naxçıvan Muxtar Respublikası üzrə "Final" mərhələsində biliklərini sınayacaqlar.