Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

“Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin inzibati binasında Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yer təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac təşkil edilib.
Hərraca Ordubad rayonu ərazisində yerləşən “Əylis” qum-çınqıl yatağı çıxarılıb. Başlanğıc qiyməti 50 000 (əlli min) manat olan hərrac 60 000 (altmış min) manatla yekunlaşıb.
Qeyd edək ki, hərrac Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli, 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yer təkinin istifadəyə verilməsi üzrə hərracların (auksion və müsabiqələrin) keçirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilib.