Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Şahbuzun dağlıq ərazisində vəhşi heyvanlar üçün biotexniki tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Şahbuz rayonunun qalın qar örtüyü ilə əhatə olunan "Zərnətün dərəsi" adlanan ərazidə çöl heyvanlarının qida məddələrinə olan təlabatının qismən ödənilməsi məqsədilə biotexniki tədbir həyata keçirilib.

Tədbir çərçivəsində çöl heyvanlarının sıx məskunlaşdığı, eyni zamanda qalın qar örtüyünün müşahidə olunduğu “Zərnətün dərəsi” adlanan əraziyə 50 kip qaba yem və 200 kiloqram daşduz dağıdılıb.

Nazirlik tərəfindən fauna ehtiyatlarının mühafizəsi və artırılması məqsədilə keçirilən biotexniki tədbirlərin zərurət yarandığı digər ərazilərdə də davam etdirilməsi nəzərdə tutulur.