Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

Sədərək rayon Uşaq-Gənclər Şahmat Mərkəzində “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız” devizi altında ekoloji bilik yarışı keçirilib.
Yarışda Sədərək rayon ümumtəhsil müəssisələrini təmsil edən 8 komanda mübarizə aparıb. Sədərək rayon Dəmirçi kənd tam orta məktəbinin “Qələbə Kərki” komandası ən yüksək nəticəni göstərərək 1-ci yerin qalibi olub və yarışın Əsasnaməsinə uyğun olaraq "Final" mərhələsinə adlayıb.
Qeyd edək ki, Naxçıvan şəhəri və rayonlar üzrə keçirilən yarışlarda qalib olan komandalar yekunda Naxçıvan Muxtar Respublikası üzrə "Final" mərhələsində biliklərini sınayacaqlar.