Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi tərəfindən “27 Sentyabr Anım Günü” ərəfəsində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş döyüşçülərin ailələri ziyarət edilib.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi tərəfindən şəhidlərimiz Məmmədov Sahil Rasim oğlu, İbrahimov İbrahim Etibar oğlu, Məmmədov Əli Abbas oğlu, Əhmədov Mərhəmət Adil oğlu, Məmmədov Elvin Etibar oğlu, Məmmədov Kəmaləddin İsrayil oğlu və Seyidov Nihat Mehman oğlunun ailəsi ziyarət edilib.
Görüşlərdə şəhidlərimizin ailə üzvləri tərəfindən onların həyatı, keçdiyi döyüş yolu və qəhrəmanlıqları barədə danışılıb.
Görüşlər zamanı şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, barələrində xoş təəssüratlar danışılıb. Vurğulanıb ki, şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əzizdir. Şəhidlik zirvəsinə ucalan qəhrəmanların keçdikləri şərəfli ömür yolu gələcək nəsillər üçün örnəkdir. Qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin xatirəsini və adını ucatutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.