Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Tinglik sahələrində toxum əkini işləri həyata keçirilib

Yeni toxmacarlıqların yaradılması üçün ötən günlərdə torpaq hazırlıq işləri görülən Qoşadizə və Xətai tinglik sahələrinə meyvə toxumları əkilib. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Yaşıllaşdırma və Landşaft Quruluşu Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları tərəfindən ümumilikdə 1,2 hektar sahəyə qoz, badam və ərik toxumları əkilib.

Bu işlərin görülməsində əsas məqsəd tingliklərdə yerli iqlim şəraitinə uyğun, davamlı və keyfiyyətli ting materiallarının yetişdirilməsidir. Gələcəkdə yetişəcək tinglər bölgədə yaşıllıq sahələrinin genişləndirilməsinə və ətraf mühitin sağlamlaşdırılmasına töhfə verəcəkdir.