Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Tinglik sahələrində yeni toxmacarlıqlar yaradılır

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tabeliyinde olan “Yaşıllaşdırma və Landşaft Quruluşu” MMC-nin əməkdaşları tərəfindən Qoşadizə və Xətai tinglik sahələrində yeni toxmacarlıqların yaradılması məqsədi ilə aqrotexniki qaydalara uyğun olaraq şum, kultivasiya və şırım açma işləri görülüb.

Ümumilikdə 1,2 ha sahədə yaxın günlərdə badam və ərik toxumu əkilməsi planlaşdırılır. Əkiləcək toxumlar yetişdirildikdən sonra ting halında əkin dövriyyəsinə buraxılacaq.