Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Yeni salınacaq tut bağı üçün torpaq hazırlıq işləri görülüb

Payız əkin mövsümündə muxtar respublika ərazisində yaşıllıq sahələrinin ərazisi genişləndiriləcək. Bu məqsədlə Naxçıvan-Çalxanqala avtomobil yolunun sağ kənarında yeni salınacaq tut bağı üçün torpaq hazırlıq işləri görülüb.
Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı və Biomüxtəlifliyin Qorunması İdarəsi tərəfindən torpaq hazırlıq işləri görülüb. Ərazidə texnikaların köməyilə çalalar qazılıb, arxlar çəkilib, damcılı suvarma sistemləri quraşdırılıb və digər zəruri işlər icra olunub.
Qeyd edək ki, “Konstitusiya və Suverenlik İli” və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planınına uyğun olaraq cari ilin yaz və payız əkin mövsümündə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ümumilikdə 204,3 hektar ərazidə meşəsalma və meşəbərpa tədbirlərinin icrası nəzərdə tutulub.
2025-ci ilin yaz əkin mövsümündə Nazirlik tərəfindən 12 hektar sahədə meşəsalma, 36,5 hektar sahədə meşəbərpa tədbirləri, 66,3 hektar sahədə toxumla əkin işləri görülüb, 1,2 hektar ərazidə toxmacarlıq sahəsi yaradılıb. Ümumilikdə 995 kq toxum səpilmiş, 27 400 ədəd müxtəlif meyvə və meşə tingləri əkin dövriyyəsinə daxil edilmiş, torpağın münbitliyinin artırılması məqsədilə əkin-bərpa aparılmış ərazilərə 12 ton üzvi gübrə verilmişdir.