Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

Yer təkindən istifadə ilə bağlı
17 mart 2026-cı il tarixində saat 11:00-da keçiriləcək hərracın
elanı
Hərrac auksion formasında keçiriləcəkdir.
Ordubad rayonu “Əylis” qum-çınqıl yatağı
|
№ |
Yatağın adı |
LOT |
Həcmi |
Sahəsi |
Faydalı qazıntının növü |
İstismar müddəti |
Yatağın mərkəz koordinatı |
Başlanğıc qiyməti (manatla) |
Beh məbləği (10%) (manatla) |
İştirak haqqı (manatla) |
|
1. |
Əylis |
LOT-1 |
500 000 m3 |
10 ha |
Qum-çınqıl |
1 ilədək |
X-4305261,0 Y-586358,0
|
50 000 |
5000 |
1080 |
Hərracın keçiriləcəyi ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 6 (Hərracların Təşkili Mərkəzi PHŞ inzibati binası).
Qeyd: Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, iştirak haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edə bilərlər (Naxçıvan şəhəri Cəlil Məmmədquluzadə küçəsi 42).
Yer təki sahəsindən faydalı qazıntılar çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalı və hərracda iştirak etmək üçün aşağıdakı sənədləri müraciət Ərizəsinə qoşma olaraq təqdim etməlidirlər:
Ehtiyat həcmi 200 000 (iki yüz min) kub metrədək - 540,00 (beş yüz qırx) manat;
Ehtiyat həcmi 200 000 (iki yüz min) kub metrdən 500 000 (beş yüz min) kub metrədək - 810,00 (səkkiz yüz on) manat;
Ehtiyat həcmi 500 000 (beş yüz min) kub metrdən yuxarı olduqda – 1080,0 (bir min səksən) manat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə tərtib olunmalıdır.
İddiaçılar hərracda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 6 mart 2026-cı il saat 18:00 qədər Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 42 ünvanında (Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binası) təqdim etməlidirlər.
Hərracda iştirak etmək üçün hüquqi və fiziki şəxslər Nazirliyə “Yer təkinin istifadəyə verilməsi üzrə hərracların (auksion və müsabiqələrin) keçirilməsi Qaydalarına” uyğun ərizə (bundan sonra “ərizə”) təqdim edir.
Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaqdır.
Hərracda iştirak etmək istəyənlər hər lot üzrə yatağın ehtiyat həcminə uyğun məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra, Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 42 (Əlaqələndirici şəxs: Rəsulov Ramiz, telefon: (036) 545 34 85, 050-723-85-25 ) ünvanından ala bilərlər.
|
Hesab: AZ21NABZ12360100000000005944 |
|
VÖEN: 0200003621 |
|
Naxçıvan Muxtar Respublikası Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə üzrə dövlət fondu |
|
Büdcə təsnifat kodu: 142325 |
|
Büdcə səviyyəsinin kodu: 2 |
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Hərrac komissiyası tərəfindən hərrac iştirakçısına dəvət məktubu verildikdən sonra 2 (iki) iş günü ərzində başlanğıc qiymətinin 10% miqdarında beh məbləği ödənilməlidir.
Beh məbləği ödənilmədiyi təqdirdə, iddiaçı hərraca buraxılmır.